
Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 473,5 manat xərcləyib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu vəsaitin 257,8 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 215,7 manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.
Bu isə o deməkdir ki, əhalinin pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin yarıdan çoxu – 54,4%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb.
Müqayisə üçün bildirək ki, bir il əvvəl – 2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 441,3 manat xərcləyib. Göründyü kimi, əhalinin mağazalarda xərclədiyi vəsait 32,2 manat və ya 7,3% artıb. Ötən ilin yanvar ayında ərzağa 242,3 manat, qeyri-ərzağa 199 manat xərcləyiblər.
Murad Məmmədov