
Amerikalı iş adamı İlon Mask ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsində o qədər yorulur ki, gecəni də Ağ Evdə yatır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox Business” telekanalı məlumat yayıb.
Ancaq telekanal Maskın dəqiq harada yatdığını qeyd etməyib – birbaşa Ağ Evdə, yoxsa qonşu inzibati binalarda?
“Mask öz yaxın ətrafına DOGE-nin rəhbərliyində dörd ay sərf etməyi planlaşdırdığını, büdcəni 2 trilyon dollar azaltmaq niyyətində olduğunu bildirib ki, bu da inflyasiyanın 2% səviyyəsində müəyyən olunması deməkdir”, - telekanal əlavə edib.