Ötən il 360 min ukraynalı orduya çağırılıb


2024-cü il ərzində hər ay 30 min nəfər Ukrayna Silahlı Qüvvələrinin sıralarına çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Economist” jurnalına müsahibəsində deyib.
Onub sözlərinə görə, beləliklə, il ərzində təxminən 360 min hərbi qulluqçu səfərbər edilib.
Zelenski əlavə edib ki, Ukraynada 3,5 min nəfərdən 5 min nəfərə qədər 110 briqada yaradılıb.
Ancaq o, Rusiyada iki dəfə çox hərbçi olduğunu bildirib.
Qeyd edək ki, fevralın 12-də ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Dövlət başçıları Rusiya və ABŞ vətəndaşlarının mübadiləsi ilə bağlı məsələləri müzakirə ediblər. Telefon danışığında Ukraynadakı münaqişənin həlli mövzusu da müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top