HƏMAS atəşkəsin davam etməsini istəyir


Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı sazişin bərpası məqsədilə İsraillə razılaşmaların davam etdirilməsi üçün razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.
Böyük Britaniyada yerləşən “Al-Araby Al-Jadeed” xəbər agentliyi Misir mənbələrinə istinadla yazır ki, HƏMAS və İsrail arasında saziş humanitar yardım və yanacaq müqabilində öz əvvəlki formasında saxlanılacaq.
Qəzzaya çatdırılmalar cümə axşamı günü həyata keçiriləcək, bundan sonra HƏMAS şənbə günü azad ediləcək üç girovun adlarını açıqlayacaq.
Fevralın 10-da HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu UbaYda bildirib ki, fevralın 15-də vətənə dönməli olan yeni girovlar qrupunun azad edilməsi təxirə salınıb. Hərəkat hesab edir ki, İsrail anklavın cənubundan şimala köçkünlərin geri qayıtmasını gecikdirmək, Qəzzalılara atəş açmaq və lazımi miqdarda humanitar yardımın çatdırılmasını təmin etməməklə razılaşmanın şərtlərini pozurb.
Digər tərəfdən, fevralın 11-də İsrailin Baş naziri Benyamin Netanyahu, HƏMAS-ı fevralın 15-i günortaya qədər israilli girovları azad etmədiyi təqdirdə, Qəzzada yenidən intensiv döyüşlərə başlayacağı ilə hədələyib.
Qeyd edək ki, üç mərhələni əhatə edən atəşkəs sazişi yanvarın 19-dan qüvvəyə minib. Razılaşmalara əsasən, sazişin birinci mərhələsinin icrası 42 gün davam edəcək və bu müddət ərzində HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların müqabilində azı 33 israilli girovu azad edəcək.
Girovların azad edilməsinin son mərhələsi fevralın 8-də baş tutub: üç israilli Qəzzadan evlərinə qayıdıb. Bunun müqabilində İsrail 180-dən çox fələstinli məhbusu həbsdən azad edib.

DİGƏR XƏBƏRLƏR

Top