
ABŞ və Rusiya Prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbəyə istinadən CNN məlumat yayıb.
Bildirilib ki, söhbət fevralın 12-də səhər saatlarında olub. Nəşr söhbətin təfərrüatlarını təqdim etmir. Prezidentlər arasında söhbət barədə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Tramp fevralın 7-də Putinlə telefonla danışdığını bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu açıqlamanı təsdiqləməsə də, təkzib etməyib.