Agentlik icarəyə götürdüyü obyektlər üçün milyonlarla vəsait ödəyir – Siyahı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi Emil Vidadi oğlu Orucov (VÖEN – 1604117012) olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumata istinadən bildirir ki, Emil Orucov Məşğulluq Agentliyi üçün ofis sahəsi icarəyə verəcək.
İcarəyə götürüləcək ofisin ümumi sahəsi 450 kv. metr olacaq və bunun üçün Emil Orucova icarə haqqı olaraq 97 min 200 manat (aylıq 8 min 100 manat) ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, Məşğulluq Agentliyi bir illik icarəyə götürdüyü ofis sahəsinin bir kv. metri üçün 216 manat (aylıq 18 manat) ödəyəcək.
Qeyd edək ki, Emil Orucov  daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən başqa bir quruma – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sahəsi 2 000 kv. metr olan ofis icarəyə verib. İcarə haqqı olaraq 3 il ərzində 922 min manat alıb.
Onu da bildirək ki, Nazirliyin müxtəlif qurumlarına ofis sahələri icarəyə verən Emil Orucovun Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin sabiq direktoru Vidadi Orucovun oğlu olduğu bildirilir.
Məlumat üçün qeyd edək ki, Məşğulluq Agentliyi daha əvvəl də müxtəlif şəxslərdən ofis sahələri icarəyə götürüb:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top