
Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında keçirilən görüşdə Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, o cümlədən ölkəmizdə demokratik islahatlar gündəliyinin daha da irəliləyişi ilə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Qeyd edilib ki, Ermənistanın Baş naziri və Fransa Prezidenti İrəvanla Bakı arasında sülh danışıqlarını, sərhədlərin delimitasiyası prosesini, eləcə də regional əhəmiyyətli digər məsələləri müzakirə ediblər.