
40 yaşlı portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsini uzadıb.
Yeniavaz.com xəbər xerir ki, bu barədə jurnalist Nikolo Şkira sosial şəbəkədə məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçunun klubla yeni müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Qeyd edilib ki, Ronaldonun müqaviləsinin rəsmi uzadılması yaxın vaxtlarda açıqlanacaq.
Xatırladaq ki, Ronaldo hazırda karyerasında 924 qol vurub, onlardan 789-u klub səviyyəsində, 135-i isə Portuqaliya millisinin heyətində olub. Bu mövsüm hücumçu bütün turnirlərdə 25 matçda iştirak edib, 23 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.