“Ordumuzda aparılan islahatların Azərbaycanla əlaqəsi yoxdur”


“Ermənistan beynəlxalq səviyyədə, o cümlədən Azərbaycan tərəfindən tanınmış ərazi bütövlüyü və suverenliyini qorumaq üçün öz ordusunda islahatlar aparır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” agentliyində dərc etdiyi məqaləsində bildirib.
Onun sözlərinə görə, bu istənilən ölkənin beynəlxalq səviyyədə tanınmış hüququdur və hətta buna etiraz etmək beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
“Ermənistan ordusunda aparılan islahatların Azərbaycanla əlaqəsi yoxdur. Çünki əvvəl də izah etdiyim kimi, Ermənistanın Azərbaycana qarşı hər hansı hərbi əməliyyat keçirmək planı, niyyəti və məqsədi yoxdur”, - Paşinyan qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top