
Şri-Lankada bir meymun elektrik stansiyasına girib və bütün ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti məlumat yayıb.
Şri-Lankanın energetika naziri Kumar Jayakodi bildirib ki, meymun paytaxt Kolombonun yaxınlığında yerləşən Panadura şəhərindəki elektrik transformatorunu sıradan çıxarıb. Nəticədə, Şri-Lankada elektrik enerjisi yerli vaxtla saat 11:30-da kəsilib.
Ölkənin bəzi ərazilərində yalnız üç saatdan sonra onu bərpa etmək mümkün olub.
Şri-Lanka Energetika Nazirliyindən verilən məlumata görə, respublikanın bütün ərazilərində elektrik enerjisinin verilişi tam bərpa olunub.