“Mənim Putinlə həmişə yaxşı münasibətim olub” – Donald Tramp


ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını və Ukraynadakı müharibəyə son qoymaq üçün müzakirələr apardığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə "The New York Post"a eksklüziv müsahibəsində bildirib.
İki liderin neçə dəfə danışdığı sualına, Tramp “Deməməyi üstün tuturam”, deyə cavab verib.
Tramp həmçinin bildirib ki, 2022-ci ildə prezident olsaydı, üç illik müharibə heç vaxt baş verməzdi: "Mənim Putinlə həmişə yaxşı münasibətim olub. Bayden ölkəmiz üçün biabırçılıq idi. Tam biabırçılıq".
Tramp deyib ki, onun müharibəni bitirmək üçün konkret planı var: “Ümid edirəm ki, bu, tez baş verəcək. İnsanlar hər gün ölür. Ukraynadakı bu müharibə çox dəhşətlidir. Mən bu lənətə gəlmiş işə son qoymaq istəyirəm". 

DİGƏR XƏBƏRLƏR

Top