Aktyor “Bakı Metropoliteni”ndə departament rəisi oldu


“Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyinat olub.
Yeniavaz.com
xəbər verir ki, bu vəzifəyə Şaban Kamal oğlu İmkani gətirilib.
Bildirilib ki, Şaban İmkani 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb. 2008-2020-ci illərdə Azərfon şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb. 2025-ci ilin 3 fevral tarixindən “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top