HƏMAS-ın girovların təhvilinə – Netanyahudan reaksiya


Xəbər verdiyimiz kimi, HƏMAS üç israilli girovu Qırmızı Xaç işçilərinə təhvil verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qızıl Xaça təhvil verilməzdən əvvəl HƏMAS girovların təbliğat xarakterli çıxışlar oxumağa məcbur edildiyi açıq mərasim keçirib. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi “bu dəhşətli görüntüləri cavabsız qoymayacaqlarını” bildirib.
Qeyd edək ki, azad ediləcək 183 fələstinli məhbusdan 18-i ömürlük həbs cəzasına məhkum edilib. Azadlığa buraxılan məhbuslardan 7-si azadlığa buraxıldıqdan dərhal sonra deportasiya ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top