
Hazırda Azərbaycanda 2503 vəkil fəaliyyət göstərir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.
Hesabatda qeyd edildiyi kimi, bunlardan 2003 nəfəri kişi, 500 nəfəri qadındır. Həmin şəxslərdən 2034 nəfəri Bakıda, 469 nəfəri isə regionlarda fəaliyyət göstərir.