Nadir Stradivari skripkası 11,25 milyon dollara satıldı


Məşhur italyan ustası Antonio Stradivarinin hazırladığı “Yoaxim-Ma” skripkası Nyu-Yorkda “Sotheby's” hərracında 11,25 milyon dollara satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.  
Agentliyin məlumatına görə, hərrac 8 milyon dollardan başlayıb.
11,25 milyon dollarlıq son qiyməti təklif edən alıcı anonim qalmağı üstüm tutub.
“Onun unikal səsi var – zəngin, mürəkkəb, dərin... Skripkanın “səsi”ni nəinki eşitmək, həm də onu hiss etmək olar.  O, ən incə çalarları açır və hər bir musiqi frazasına ifadəlilik verir. Bu, əsrlər boyu birinci dərəcəli musiqiçilər tərəfindən axtarılan ən böyük skripkalardan biridir”, - hərracın saytında qeyd edilib.
Qeyd edək ki, 1714-cü ildə hazırlanmış “Yoaxim-Ma” skripkası Stradivarinin “qızıl dövrü”nə təsadüf edir.



DİGƏR XƏBƏRLƏR

Top