Cəlal Arutunyana 5,5 il iş verildi


Qondanrma “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun keçmiş komandanı, general-leytenant Cəlal Arutunyan 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
Yeniavaz.com
“Sputnik-Ermənistan”a istinadla xəbər verir ki, müvafiq hökmü cümə günü Ermənistanın Sünik məhkəməsi dərc edib.
Prokurorlar, həmçinin zərərçəkən tərəflər daha ağır cəzanın verilməsində təkid etsələr də, məhkəmə başqa qərar verib.
Belə ki, əvvəllər prokurorlar generalın 6 il, zərərçəkən tərərflər isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edirdilər.
Qeyd edək ki, Arutunyana qarşı 2020-ci ilin 44 günlük müharibəsi ilə bağlı iki maddə üzrə iş açılıb. Belə ki, cinayət işinə əsasən Arutunyan 2020-ci ildə hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların ölümünə səbəb olan xidməti səhlənkarlığa yol verib.

DİGƏR XƏBƏRLƏR

Top