Kanada və Meksika liderləri Trampın qərarını müzakirə ediblər


Kanadanın Baş naziri Castin Trüdo və Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ Prezidenti Donald Trampın ölkələrinə tətbiq etdiyi yeni tarifləri müzakirə etmək üçün telefonla danışıblar.
Yeniavaz.com
 BBC-yə istinadən xəbər verir ki, tərəflər sərhəd təhlükəsizliyinin gücləndirilməsi və qeyri-qanuni narkotiklərin istehsalı ilə mübarizə səylərini müzakirə ediblər.
Qeyd edək ki, Tramp tariflərin əsas səbəbi kimi Şimali Amerikada milyonlarla insanın ölümünə səbəb olan ölümcül dərman olan fentanilin qanunsuz dövriyyəsini göstərib.
Hər iki ölkənin liderləri həmçinin Kanada və Meksika arasındakı dərin əlaqələri, o cümlədən ticarəti müzakirə ediblər.
Onlar Kanada və Meksika arasında ikitərəfli münasibətləri gücləndirmək və sıx əlaqələr saxlamaq barədə razılığa gəliblər.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Meksika və Kanadadan idxala 25%, Çindən gələn mallara isə əlavə 10% rüsum tətbiq edib. 

DİGƏR XƏBƏRLƏR

Top