
Bakının Nizami rayonu, Babək prospektində (“Baku Medical Plaza”nın yaxınlığı) aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata görə, bununla əlaqədar yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub. Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib.
