
Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyan 102-ci hərbi bazasında xidmət edən əsgər intihar edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı Aleksey Yampolskinin cəsədi Gümrü şəhərinin Aram Xaçatryan küçəsindəki evlərdən birində asılmış vəziyyətdə tapılıb.
Məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, kənar ekspertiza zamanı heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Hadisə ilə bağlı intihar və ya intihara cəhd maddələri ilə cinayət işi başlanıb.