İlham Əliyev Samanta Mostini təbrik etdi


Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostinə təbrik məktubu ünvanlayıb.
Yeniavaz.com
xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli xanım General-Qubernator.
Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, dövlətlərarası münasibətlərərimizin və qarşılıqlı faydalı əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

DİGƏR XƏBƏRLƏR

Top