Qəza ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə açıqlanacaq


Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran Qazaxıstan komissiyası gələn həftə araşdırmanın ilkin nəticələrini açıqlayacaq.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev deyib.
“Ümid edirik ki, gələn həftə istintaqın ilkin hissəsi Nəqliyyat Nazirliyi tərəfindən dərc olunacaq, çünki Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) qəzanın baş verdiyi tarixdən ötən 30 gün ərzində bunun edilməsini tövsiyə edir”, - deyə Bozumbayev bildirib.
Onun sözlərinə görə, insidentlə bağlı araşdırma Rusiya, Azərbaycan ekspertləri, ICAO və Braziliya nümayəndələrinin iştirakı ilə komissiya tərəfindən davam etdirilir:
“Onlar qara qutuların deşifrəsi üzərində işləyirlər. Düşünürəm ki, bu, beynəlxalq komissiya olduğuna görə, biz müddətlərə əməl etməliyik, çətinliklər var, lakin biz bu öhdəlikləri qarşılamalıyıq”.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top