“Prezident bir imza ilə 14-cü düzəlişin mövcudluğunu ləğv edə bilməz”


Xəbər verdiyimiz kimi, ABŞ-nin Sietldəki federal hakimi Prezident Donald Trampın ABŞ-də doğulanların ABŞ vətəndaşı olmaq hüququnu məhdudlaşdıran sərəncamını müvəqqəti olaraq dayandırıb.
Yeniavaz.com
 BBC-yə istinadla xəbər verir ki, məsələyə baxılması üçün demokratların üstünlük təşkil etdiyi Vaşinqton, Oreqon, İllinoys və Arizona ştatlarının baş prokurorları tərəfindən məhkəməyə ərizə təqdim edilib.
Nəşrin müxbirinin sözlərinə görə, məhkəmə iclası 25 dəqiqədən çox çəkməyib.
22 ştatın, eləcə də San-Fransisko şəhəri və Kolumbiya dairəsinin baş prokurorları da fərmanın qarşısını almaq üçün iddia qaldırıblar. Bildirilib ki, ABŞ ərazisində doğulan hər kəsin ABŞ vətəndaşlığı hüququ ABŞ Konstitusiyasına 14-cü düzəlişlə təmin edilir.
“Prezident bir imza ilə 14-cü düzəlişin mövcudluğunu ləğv edə bilməz”, - Nyu-Cersi baş prokuroru Mett Platkin bildirib.
İddiaçılar ölkədə hər il 150 min uşağın ABŞ vətəndaşı olmayan valideynlər tərəfindən doğulduğunu və sərəncama əsasən tədbirlərin həyata keçirilməsinin onların deportasiya riski ilə üzləşdiyini iddia edirlər. Onlar uşaqların tibbi xidmətdən məhrum ola biləcəyindən ehtiyatlanırlar.
Qeyd edək ki, Donald Trampın vəzifəyə gəldikdən sonra ilk saatlarda imzaladığı sənəddə deyilir ki, doğuş zamanı vətəndaşlıq hüququ valideynləri ABŞ-də qeyri-qanuni olan uşaqlara, eləcə də ananın ABŞ-də müvəqqəti, məsələn, tələbə, iş və ya turist vizası ilə olduğu vəziyyətlərə şamil edilmir. Sərəncam fevralın 19-dan qüvvəyə minməlidir.

DİGƏR XƏBƏRLƏR

Top