Məhkəmə Trampın vətəndaşlıqla bağlı əmrini dayandırdı


Vaşinqton ştatının Sietl şəhərində federal hakim ABŞ Prezidenti Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını müvəqqəti olaraq dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məhkəmə Vaşinqton, İllinoys, Oreqon və Arizona ştatlarının baş prokurorlarının iddialarına baxıb. Onlar iddia edirdilər ki, Trampın sərəncamı 150 mindən çox uşağı seçki hüququndan məhrum edəcək və onlardan bəzilərini vətəndaşlıqsız saxlayacaq.
“Bu, açıq-aşkar konstitusiyaya zidd bir qərardır”, - hakim Con Koenur deyib.
Xatırladaq ki, Donald Tramp yanvarın 20-də Ağ Evə qayıtdıqdan sonra onlarla icra sərəncamı imzalayıb ki, bunlardan biri də vətəndaşlığın doğuşla dayandırılmasına yönəlib. Bu prinsipə görə, ölkənin ərazisində doğulan hər bir şəxs avtomatik olaraq onun vətəndaşı olur. Bu hüquq ABŞ Konstitusiyasına 14-cü Düzəlişlə təmin edilir.
Trampın əmrinə əsasən, əgər anası ölkədə qeyri-qanuni olubsa və atası Amerika vətəndaşı deyilsə və ya ölkədə qanuni olaraq daimi yaşamırsa, ABŞ-də doğulmuş uşaq avtomatik olaraq vətəndaşlıq ala bilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top