Türkiyədə Kartalkaya dağ-xizək kurortunun otelində baş verən yanğınla bağlı saxlanılanların sayı 12-yə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat yayıb.
“Məhkəmə prosesinin hara aparmasından asılı olmayaraq, effektiv şəkildə davam etdirmək əzmi var. Yanğında kimin günahı varsa, cavab verəcək”, - nazir deyib.
Xatırladaq ki, Kartalkaya istirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub. Yanvarın 22-də Türkiyədə milli matəm elan edilib. Hadisə nəticəsində 79 nəfər həyatını itirib.