ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və OPEC ölkələrindən neftin qiymətini aşağı salmağı xahiş edəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tramp Davosda keçirilən iqtisadi forumda video formatda çıxışı zamanı deyib.
Onun fikrincə, bu, Rusiya-Ukrayna müharibəsinin dərhal başa çatmasına gətirib çıxaracaq:
“Mən Səudiyyə Ərəbistanı və OPEC-dən də neftin qiymətini aşağı salmağı xahiş edəcəm. Əgər qiymət aşağı düşsə, Rusiya ilə Ukrayna arasında müharibə dərhal bitər”.
Ondan gələn il sammitdə yenidən çıxış edənə qədər Rusiya və Ukraynanın sülh razılaşmasına nail olacağına inanıb-inanmadığı da soruşulub:
“Bunu Rusiyadan soruşmalı olacaqsınız, Ukrayna razılaşmaya hazırdır”.