Rusiyada azərbaycanlılardan ibarət dəstə saxlanıldı – Video


Rusiyanın Federal Təhülkəsizlik Xidmətinin əməkdaşları Tver vilayətində əməliyyat keçirib və 6 azərbaycanlı saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Agentlik sözügedən şəxslərin saxlanılmasını əks etdirən kadrları da dərc edib.
Məlumata görə, onlar etiketsiz saxta tütün və spirtli içki satışı ilə məşğul olublar.
Bildirilib ki, əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 100 milyon rubl dəyərində saxta tütün və spirtli içki müsadirə ediblər.
Məsələ ilə bağlı cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top