Bavariyada əfqanıstanlı bıçaqla uşaqlara hücum edib – Ölənlər var


Almaniyanın Bavariya əyalətinin Aşaffenburq şəhərində 28 yaşlı kişi Şöntal parkında bir qrup uşağa bıçaqla hücum edib.
Yeniavaz.com
xəbər verir ki, alman mətbuatının ilkin məlumatlarına görə, Mərakeşdən olan iki yaşlı uşaq və uşaqları qorumağa çalışan yoldan keçən 41 yaşlı kişi həlak olub.
Şübhəli şəxs dəmir yolu ilə qaçmağa çalışıb və şəhərdə hərəkət bir müddət dayandırılıb, sonra şəxs saxlanılıb.
Bavariyanın daxili işlər naziri Yoahim Herrmann hücum edənin 28 yaşlı Əfqanıstan vətəndaşı olduğunu bildirib. Herrmann əlavə edib ki, hücum edən şəxs psixiatrik müalicə alır.
Almaniya kansleri Olaf Şolts hücumu ağılasığmaz terror aktı adlandırıb:
“Mən bir neçə həftədən bir bizdə bu zorakılıq aktlarının olmasından bezmişəm - bura əsasən müdafiə axtarmaq üçün gələn insanlar tərəfindən törədilən zorakılıq. Səhv başa düşülən tolerantlıq burada tamamilə yersizdir”.

DİGƏR XƏBƏRLƏR

Top