Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasına yekun vurulub.
Yeniavaz.com “Tasnim”ə istinadən xəbər verir ki, ölkələr arasında əməkdaşlıq sənədi imzalanıb.
Bildirilib ki, birgə İqtisadi Komissiyasının həmsədrləri — Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin iştirakı ilə Azərbaycan ilə İran arasında adıçəkilən komissiyanın 16-cı iclasının Protokolu imzalanıb:
“İki ölkə arasında nəqliyyat, enerji, neft-qaz, su və kənd təsərrüfatı sahələrində əməkdaşlıqla bağlı bir sıra mühüm razılaşmalar əldə olunub.
Eyni zamanda, tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün preferensial ticarət müqaviləsinin mümkün qədər tez imzalanması barədə razılığa gəlinib”.