Hindistanın qərbindəki Maharaştra ştatında 12 nəfər qatarın altında qalaraq dünyası dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.
“İlkin məlumata görə, “Puşpak Ekspress”in vaqonlarından birinin içərisində qığılcımlar yaranıb və bəzi sərnişinlər panikaya düşüblər. Onlar təcili dayandırma zəncirini çəkiblər, bəziləri isə relslərə tullanıb. Eyni zamanda, “Karnataka Ekspresi” bitişik yoldan keçib”, - məlumatda deyilib.
Qəza Mumbaydan 400 km aralıda baş verib.
Hadisə yerinə təcili xilasetmə qatarı göndərilib. Polis sözçüsü Maheşvar Reddi jurnalistlərə bildirib ki, qatarın təkərləri altında 12 nəfər həlak olub. Daha bir neçə nəfər yaralanıb.