Türkiyədəki yanğında ölənlərin sayı artdı


Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli prokurorluq məlumat yayıb.
“DNT testlərindən sonra yanğında ölənlərin sayı 79-a çatıb”, - məlumatda deyilib.
Türkiyə Səhiyyə Nazirliyi daha əvvəl bildirib ki, yanğın zamanı xəsarət alan 51 nəfərdən 39-u xəstəxanadan buraxılıb, 12 nəfərin müalicəsi davam edir.
Xatırladaq ki, Kartalkaya istirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Bundan əvvəl 76 nəfərin öldüyü bildirilib. Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub. Yanvarın 22-də Türkiyədə milli matəm elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top