Türkiyəli ərlərin Türkmənistana müraciəti: “Xanımlarımızı qaytarın”


“2023-cü ilin martında Yılmaz Özkan İstanbul hava limanında həyat yoldaşını Türkmənistana yola salırdı. Onun xanımı Maysa xarici pasportunun müddətini uzatmaq üçün ölkəsinə uçurdu. Aşqabaddakı Türkiyə səfirliyindən ailə vizası alsa da, Maysa o vaxtdan bəri Türkiyədəki evinə qayıda bilməyib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
Bildirilib ki, bu yaxınlarda ailə xəbər tutub ki, Maysa Türkmənistanı 2028-ci ildən tez tərk edə bilməz:
“Buna səbəb onun ölkəni 5 il ərzində tərk edə bilməməsi barədə Türkmənistan hökumətinin qərarıdır. Hökumət niyə bu qərara gəldiyini açıqlamayıb.
Digər hüquqqoruma üsulları tükəndiyindən Yılmaz ötən il Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun adına müraciət ünvanlayıb”.
“Siz Türkmənistan kimi böyük bir ölkənin rəhbərisiniz. Biz sadə vətəndaşlarıq. Siz bir-birini sevənləri qovuşdurmalısınız. Mən Türkmənistan prezidentindən xahiş edirəm ki, həyat yoldaşımın yanıma qayıtmasına icazə versin”, - müraciətdə deyilib.
Nəşrin məlumatına görə, Yılmaz həmin müraciətinə hələ rəsmi cavab almayıb:
“Belə məsələylə üzləşən yalnız Yılmaz deyil. Yılmaz 60-dək türkiyəli kişinin “WhatsApp”da bir qrup yaratdığını deyib. Onların türkmənistanlı həyat yoldaşları doğma ölkələrinə gedəndən sonra, əslində, tələyə düşüblər”.
Qeyd edilib ki, “WhatsApp” qrupunun digər üzvü Rüstəm Arslan da həyat yoldaşı Dilfuzə ilə yenidən bir araya gəlmək üçün Türkiyə və Türkmənistan hökumətlərinə müraciət edib:
“Türkiyə 2023-cü ildə əvvəlcə miqrasiya qanunları pozduğu üçün Dilfuzəni deportasiya edib və 2026-cı ilədək ölkəyə girişini yasaqlayıb.
Daha sonra Türkiyə rəsmiləri Rüstəmə deyiblər ki, Türkmənistan hakimiyyəti həyat yoldaşına ölkəni tərk etməyə icazə versə, o, Türkiyəyə qayıda bilər”.

DİGƏR XƏBƏRLƏR

Top