“Tramp Avropa üçün problem olacaq” – Şolts


Almaniya Kansleri Olaf Şolts ABŞ-nin yeni Prezidenti Donald Trampın Avropa üçün problem olacağını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Şolts Parisdə Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında deyib.
“Bu həftə yeni ABŞ administrasiyasının şahidi olduq. Prezident Tramp, indi aydın olduğu kimi, problem olacaq”, - Şolts deyib.
O əlavə edib ki, Avropa və ABŞ-ni çoxillik dostluq və tərəfdaşlıq tarixi birləşdirir:
“Və biz bu möhkəm təməl üzərində əlaqələr qururuq”.
Onun sözlərinə görə, Tramp artıq bir sıra qərarlar verib:
“Əlbəttə, biz onları avropalı tərəfdaşlarımızla birlikdə diqqətlə təhlil edəcəyik”.
Eyni zamanda, Şolts Avropanın təxminən 450 milyon insanın yaşadığı böyük bir iqtisadi bölgə olduğunu vurğulayıb:
“Avropa gizlənməyəcək və qorxmayacaq, əksinə konstruktiv və özünə güvənən tərəfdaş olacaq. Bu əsasda biz ABŞ və Amerikanın yeni prezidenti ilə səmərəli əməkdaşlıq edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top