İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Həmədan vilayətində qəzaya uğrayıb.
Yeniavaz.com İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə vilayət rəhbərinin müavini Həmzə Əmrai bildirib.
Onun sözlərinə görə, hər iki pilot sağ qalıb və yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qəza vilayətin şimalında, Kabudrahanq bölgəsində baş verib. Təyyarənin növü və markası haqqında məlumart verilməyib.
Əmrainin dediyinə görə, pilotlar təyyarə enməzdən əvvəl katapult edə bilib.