“Borussiya Dortmund” Nuri Şahini istefaya göndərdi


Almaniyanın “Borussiya Dortmund” komandası baş məşqçi Nuri Şahini istefaya göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
“Təəssüf ki, biz “Borussiya Dortmund”un bu mövsüm idman ambisiyalarını həyata keçirə bilmədik. Buna baxmayaraq, mən kluba bundan sonra ən yaxşısını arzulayıram”, - deyə mətbuat xidməti baş məşqçidən sitat gətirib.
Bu günə olan məlumata görə, Dortmund “Borussiya”sı 25 xalla Bundesliqanın turnir cədvəlində 10-cu yerdədir.
Qeyd edək ki, Nuri Şahin ötən yaydan “Borussiya Dortmund”a rəhbərlik etməyə başlayıb. O, baş məşqçi kimi əvvəllər köməkçisi olduğu Edin Terziçi əvəzləyib.

DİGƏR XƏBƏRLƏR

Top