Ard-arda iki yol-nəqliyyat hadisəsinin baş verməsi nəqliyyat sıxlığının yaranmasına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
“Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınan bu qəzalar qeyri-pik saatda metronun “Koroğlu” stansiyası istiqamətində sıxlığın yaranmasına və nəqliyyatın dəqiqələrlə ləngiməsinə səbəb olub”, - məlumatda deyilir.