Ötən il Azərbaycandan xarici ölkələrə 4 milyon 580,2 min dollar dəyərində humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyə göndərilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə göndərilən humanitar yük, təmənnasız kömək və texniki yardım əvvəlki illə müqayisədə 3,3 dəfə azalıb.
Belə ki, 2023-cü ildə Azərbaycandan xarici ölkələrə 15 milyon 16,2 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım göndərilib.
Onu da bildirək ki, ötən il xaricdən Azərbaycana göndərilən humanitar yük, təmənnasız kömək və texniki yardım isə əvvəlki illə müqayisədə artıb.
Əgər 2023-cü ildə Azərbaycana xaricdən 48 milyon 205,2 min dollar humanitar yük, təmənnasız kömək və texniki yardım daxil olubsa, ötən il bu göstərici 2 dəfə artaraq 97 milyon 14 min dollar olub.
Murad Məmmədov