İraqda qəbul edilən yeni qanun qızların doqquz yaşında ərə verilməsini leqallaşdırır


İraq parlamenti uşaqlarla evliliyi faktiki olaraq leqallaşdıran qanuna düzəlişləri qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, dəyişikliklər İslam məhkəmələrinə ailə məsələləri, o cümlədən evlilik, boşanma və miras məsələlərində daha geniş səlahiyyətlər verir.
Belə ki, hazırda İraq qanunları əksər hallarda evlilik üçün minimum yaş həddini 18 yaş müəyyən edir.
Ancaq çərşənbə axşamı qəbul edilən dəyişikliklər din xadimlərinə şəxsi rəylərinə uyğun olaraq qərar qəbul etməyə imkan verəcək. Bu isə bəzi din xadimlərinin dediyinə görə, qızların erkən yeniyetmə və ya doqquz yaşında ərə verilməsini istisna etmir.
Əsasən mühafizəkar millət vəkilləri tərəfindən müdafiə edilən dəyişikliklərin tərəfdarları qanunu İslam prinsiplərinə uyğunlaşdırmaq və Qərbin İraq mədəniyyətinə təsirini azaltmaq vasitəsi kimi müdafiə etdiklərini bildirirlər.
İctimai fəallar isə bu qanunun İraqın 1959-cu ildə qəbul edilmiş Şəxsi Status Qanununu pozduğunu və ailə qanunlarını birləşdirən və qadınlar üçün təminatları müəyyən edən qaydalara zidd olduğunu qeyd edirlər.

DİGƏR XƏBƏRLƏR

Top