Ötən il Azərbaycana 1 milyard 844 milyon 157 min dollar dəyərində 91 min 838 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com-un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 20 min 80 dollar (34 min 137 manat) olub.
Müqayisə üçün bildirək ki, 2023-cü ildə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 17 min 512 dollar (29 min 771 manat) olub.
Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri əvvəlki illə müqayisədə ötən il 14,7% və ya 2 min 568 dollar (4 min 365 manat) artıb.
Onu da bildirək ki, əvvəlki illə müqayisədə ötən il idxal olunan avtomobillərin sayı 4 min 133 ədəd azalıb.
İdxal olunan avtomobillərin ümumi sayı azalsa da, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalı artıb. Belə ki, 2023-cü ildə xaricdən 14 min 98 ədəd hibrid avtomobil gətirildiyi halda, ötən il 26 min 197 ədəd hibrid avtomobil gətirilib. Bu da idxal olunan ümumi avtomobillərin 28,5%-nə bərabər olub. 2023-cü ildə bu göstərici 14,7% təşkil edib.
Elnur Əli