Fransada təhqiqat aparan hakimlər 2017-ci ildə Ərəb Respublikasında mülki obyektlərin bombalanmasında iştirak etdiyi iddia edilən Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə növbəti order verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi məlumat yayıb.
Yeni order 59 yaşlı fransız əsilli suriyalı Salah Əbu Nabunun ölümünü araşdıran Fransa Milli Antiterror Prokurorluğunun sorğusu əsasında verilib.
Məlumata görə, o, 2017-ci ildə Dəra əyalətindəki evinin Suriya ordusunun helikopterlərindən atəşə tutulması nəticəsində həlak olub.
Prokurorluq yeni order tələbini Əsədin artıq məhkəmə proseslərindən dövlət toxunulmazlığına malik olmaması ilə əsaslandırıb.
Qeyd edək ki, bu, Suriyanın keçmiş lideri haqqında ikinci həbs orderidir. Əsədə qarşı əvvəlki order Suriya qoşunlarının kimyəvi silahdan istifadə etməsi ilə bağlı ittihamlarla əlaqədar verilib. Fransa Milli Antiterror Prokurorluğu bu əmrə qarşı etirtaz edib və bunu keçmiş prezidentin toxunulmazlığı ilə əlaqələndirib.
Qeyd edək ki, onun şikayətinə Fransa Kassasiya Məhkəməsi 26 mart 2025-ci ildə baxmalıdır.
AFP-nin məlumatına görə, Fransa məhkəmə sistemi Suriyanın yüksək rütbəli məmurları üçün ümumilikdə 14 həbs qərarı verib.