Tramp Ukrayna münaqişəsini 100 günə həll etməyi tapşırdı


ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa Ukrayna münaqişəsinə 100 gün ərzində son qoymağı tapşırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinlə müqavilə bağlamaq Trampın təsəvvür etdiyindən qat-qat çətin olacaq.
Nəşrin mənbələrinin məlumatına görə, Amerikanın yeni lideri Ukrayna üzrə danışıqlar prosesinin gedişinə özü nəzarət etmək niyyətindədir.
Qəzetin Kelloqun keçmiş həmkarları arasındakı həmsöhbətləri iddia edirlər ki, onu müstəqil fiqur adlandırmaq olmaz, çünki o, Trampın fikirlərindən tamamilə asılıdır. Bu səbəbdən Amerika liderinin Kelloqun ABŞ və Rusiya arasında hər hansı real danışıqlarda iştirakına icazə verməyəcəyi iddia edilir.
Digər tərəfdən, yanvarın 7-də Tramp özü də etiraf edib ki, Ukraynadakı münaqişənin həlli seçki kampaniyası zamanı elan etdiyi 24 saatdan çox çəkə bilər.
Həmçinin, yanvarın 21-də Tramp Kiyevə Amerika silahlarının tədarükünü tamamilə dayandırmaq imkanını istisna etməyib. O, həmçinin Rusiya Prezidenti ilə qarşı tərəf üçün istənilən ən əlverişli vaxt görüşməyə hazır olduğunu bəyan edib. Eyni zamanda ABŞ-nin yeni lideri Ukrayna ilə bağlı razılaşma əldə edilmədiyi təqdirdə Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqini də istisna etməyib.
Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin də Moskvanın Ukrayna münaqişəsi ilə bağlı ABŞ-nin yeni administrasiyası ilə dialoqa açıq olduğunu bidirib. Onun fikrincə, burada ən vacib məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır. O, həmçinin təsdiqləyib ki, Rusiya Tramp və komandasının təmasları bərpa etmək istəyi, həmçinin üçüncü dünya müharibəsinin qarşısını almaq cəhdi ilə bağlı bəyanatlarını da nəzərə alır.

DİGƏR XƏBƏRLƏR

Top