“Olimpiya medalının belə keyfiyyətsiz çıxaacağını gözləmirdim”.
Yeniavaz.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Fransanın paytaxtı Yay Olimpiya Oyunlarında gümüş medal əldə edən Azərbaycan boksçusu Alfonso Dominqes (92 kq) deyib.
O, da digərləri kimi turnirdə verilən medalın keyfiyyətindən şikayətçi olduğunu bildirib:
“Çünki son 2 ayda medalın keyfiyyətinin itməyə başladığını hiss etdim. Rəngi solurdu. Çox keyfiyyətsiz medaldır. Digər idmançılar da bununla üzləşib. Mümkündürsə, geri qaytarılmasını istəyirəm”.
Qeyd edək ki, Azərbaycanın beş olimpiya mükafatçısının medalı keyfiyyətini itirib.