Paşinyanın qaynının malikanəsi qarət edildi


Naməlum şəxslər Ermənistan Baş naziri Nikol Paşinyanın qaynı, “Mülki müqavilə” partiyasından olan deputat Qraçya Akopyanın malikanəsini qarət ediblər.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə ilin əvvəlində baş verib. Lakin Akopyan bu faktı gizlətməyə çalışıb. O, bunu hadisənin spekulyasiyaya səbəb olmaq istəməməsi ilə izah edib. Buna baxmayaraq, hadisə partiyadaxili dairələrdə fəal müzakirələrə səbəb olub.
Ermənistan Daxili İşlər Nazirliyi jurnalistlərin sorğusuna cavab olaraq, təsdiqləyib ki, yanvarın 14-də Dzoraxbur kəndində evin qarət edilməsi barədə məlumat daxil olub. Nazirliyin məlumatına görə, materiallar İstintaq Komitəsinə göndərilib.
Qəzetin yazdığına görə, malikanə Akopyan tərəfindən Ermənistanda hakimiyyət dəyişikliyindən sonra alınıb.

DİGƏR XƏBƏRLƏR

Top