Trampın andiçmə mərasimini 24,6 milyon tamaşaçı izləyib


Yanvarın 20-də ABŞ Prezidenti Donald Trampın andiçmə mərasiminin yayımı 24 milyondan çox tamaşaçı toplayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə çərşənbə axşamı “Nielsen” analitik şirkəti məlumat yayıb.
Onun hesablamalarına görə, yerli vaxtla saat 10:30-dan (Bakı vaxtı ilə saat 19:30) 19:00-a qədər (21 yanvar Bakı vaxtı ilə saat 03:00) Trampın dövlət başçısı kimi andiçmə mərasiminin yayımını orta hesabla 24,6 milyon tamaşaçı izləyib.
Tədbir həmçinin, 15 televiziya şirkəti tərəfindən canlı yayımlanıb.
Nielsenin məlumatına görə, dörd il əvvəl Trampın sələfi Co Baydenin inauqurasiya mərasimini 33,8 milyon tamaşaçı izləyib. 2017-ci ildə isə Trampın vəzifəyə başlamasına təxminən 31 milyon tamaşaçısı şahid olub.

DİGƏR XƏBƏRLƏR

Top