Barmaqlarda uyuşma səbəblərindən biri narahat yuxu mövqeyi ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə terapevt Zoui Uilliams “The Sun”a danışıb.
Həkim izah edib ki, gecələr barmaqlarda uyuşma çox vaxt əllərdəki sinirlərin sıxılmasının əlamətidir:
“Baş barmağınız, şəhadət və orta barmaqlarınız uyuşursa, bu, orta sinirin sıxılmasına səbəb olan bilək kanal sindromunu göstərə bilər. Üzük barmağında və kiçik barmaqda uyuşma varsa, çox güman ki, dirsək siniri sıxılmışdır”.
Həkim vurğulayıb ki, ən çox sinir sıxılması yuxu zamanı əzaların narahat mövqedə qalması və ya dirsəkə uzun müddət güc düşməsi nəticəsində yaranır.
Bundan əlavə, Uilliams qeyd edib ki, uyuşma müəyyən dərmanlar, vitamin çatışmazlığı, diabet və alkoqoldan sui-istifadə nəticəsində sinir zədələnməsini səbəbilə ola bilər.