“Braziliyanın “Santos” klubu Neymarı icarəyə götürmək üçün Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna təklif göndərib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, hazırda “Santos” Səudiyyə Ərəbistanı klubundan cavab gözləyir.
Qeyd edək ki, Neymar 2023-cü ilin avqustunda “Əl-Hilal”a keçib, oktyabrda braziliyalı Uruqvay yığması ilə 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində (0:2) zədələnib, futbolçuya ön çarpaz bağın və menisküsün yırtığı diaqnozu qoyulub. O, Asiya Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunun BƏƏ-nin “Əl-Ayn” klubu ilə oyununda (5:4) oynayaraq, bir ildən sonra meydana qayıdıb. Noyabrın 4-də Neymar zədəsini sağaltdıqdan sonra ikinci oyununu keçirdi, ikinci hissədə əvəzedici kimi meydana çıxıb. Lakin sağ ayağında narahatlıq hiss etdiyi üçün yenidən meydanı tərk edib.