Türkiyədə matəm elan edildi


Türkiyədə birgünlük matəm elan edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
“Kartalkayada oteldə baş verən yanğında həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm. Həyatını itirənlərin ailələrinə, yaxınlarına və əziz xalqımıza başsağlığı verirəm. 1 günlük milli matəm elan edilib. Çərşənbə günü ölkəmizdə və xarici nümayəndəliklərimizdə bayraqlarımız endirilib”, - Ərdoğan deyib.
Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb. Hadisə nəticəsində 4 nəfər, o cümlədən otel sahibi saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top