Ötən il Azərbaycana dünyanın 196 ölkəsindən 2 milyon 626,7 min və ya əvvəlki illə müqayisədə 25,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 faizi (1 milyon 985,8 min nəfər) hava, 23,1 faizi (606,8 min nəfər) dəmir yolu və avtomobil, 1,3 faizi (34,1 min nəfər) isə dəniz nəqliyyatından istifadə edərək ölkəyə daxil olub.
Müqayisə üçün bildirək ki, 2023-cü ildə ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 71,4 faizi (1 milyon 489,2 min nəfər) hava, 27,3 faizi (569,4 min nəfər) dəmir yolu və avtomobil, 1,3 faizi (27,1 min nəfər) isə dəniz nəqliyyatından istifadə edib.
Murad Məmmədov