Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirlik sosial şəbəkə hesabında paylaşım edib.
“Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Bolu şəhərinin Kartalkaya xizək mərkəzindəki hoteldə yanğın baş verib. Yanğın nəticəsində 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.