![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/3/28/1/1d5586e9-19ba-49a0-bc25-bff570625843/ferid-seferli.jpg)
“Qohumlarından əldə olunan məlumata əsasən, Almaniyada tələbə olan, getdiyi İranda 2 il həbsdə saxlanılmış Fərid Səfərli əvəzsiz qaydada deyil, Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilməklə və Azərbaycanın öz vətəndaşına verdiyi yüksək dəyərdən irəli gələrək qaytarılıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli mətbuatda dərc olunan məlumatda deyilir.
Bildirilib ki, bu proses Azərbaycan dövlət orqanlarının rəsmi məlumatında da deyildiyi kimi, qarşılıqlı prosedur çərçivəsində baş tutub.
Yerli KİV-də dərc olunan məlumatlarda qeyd olunur ki, Fərid Səfərlinin vətənə qaytarılması barədə DTX və XİN-in birgə məlumatından sonra, mənbəyi bilinməyən və hər biri yeni yaradılmış çoxsaylı saxta profillər qeyd olunan xəbərin paylaşıldığı “Facebook” səhifələrinə kütləvi halda eyni məzmunlu şərhlər yazmağa başlayıblar.
“Şərhlərdə əsasən, “Fərid Səfərlinin casusluq etməsinə baxmayaraq, saxlanıldığı ölkədə ona xoş münasibət göstərildiyi, bununla belə layiq olmadığı halda Azərbaycana qaytarıldığı” bildirilir”, - KİV yazır.