Kartalkaya yanğınında ölənlərin sayı 76-ya çatdı – Yenilənib


Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək mərkəzində yerləşən “Grand Kartal” otelində baş verən yanğında ölənlərin sayı 76-ya çatıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 9-a yüksəlib.
Məlumata görə, oteldə axtarış əməliyyatları başa çatıb.

***16:39
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək mərkəzində yerləşən “Grand Kartal” otelində baş verən yanğında ölənlərin sayı 66-ya, yaralananların sayı isə 51-ə yüksəlib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
“Təəssüf ki, yanğın nəticəsində 66 nəfər həlak olub, 51 nəfər xəsarət alıb”, - deyə nazir hadisə yerində jurnalistlərə bildirib.


***10:27 
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək mərkəzindəki 12 mərtəbəli oteldə naməlum səbəbdən yanğın baş verib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, alovlar qısa müddətdə oteli mühasirəyə alıb.
Hadisə yerinə xilasetmə briqadaları, təcili yardım qrupları və helikopterlər göndərilib.
Yanğınla əlaqədar oteldə qalanlar təxliyə edilib. Yanğın böyük miqyasda nəzarət altına alınıb.
İlkin məlumatlara görə, yanğın gecə yerli vaxtla saat 03.30 radələrində təxminən 234 qonağın qaldığı otelin restoran mərtəbəsində baş verib.
Bolu valisi Əbdüləziz Aydının sözlərinə görə, yanğın zamanı 10 nəfər ölüb, 32 nəfər yaralanıb.
Türkiyə daxili işlər naziri Ali Yerlikaya yanğına 267 personalın müdaxilə etdiyini bildirib.
“Bu gün saat 03:27-də Kartalkaya dağ-xizək mərkəzində yerləşən oteldə yanğın baş verdiyi, müxtəlif dövlət qurum və təşkilatlarından 267 nəfərin yanğına müdaxilə etdiyi və müdaxilənin davam etdiyi barədə məlumat daxil olub. Təəssüf ki, ölənlərin sayı artıb. Ölənlərin sayı 10-a, yaralananların sayı isə 32-yə yüksəlib”, - deyə Yerlikaya məsələ ilə bağlı sosial şəbəkə hesabında bildirib.

DİGƏR XƏBƏRLƏR

Top